“İşlər plana uyğun getməyəndə tənqidçilər üzə çıxır”

“Arsenal”ın hücumçusu Qabriel Jesus komandasının çempionluq uğrunda mübarizəsini şərh edib.

Komanda.az ESPN-ə istinadən xəbər verir ki, braziliyalı futbolçu İngiltərə çempionatında oynamağın asan olmadığını bildirib:

“Çoxu bizim bu mövsümdəki çıxışımızı müzakirə edəcək. Hər şey qaydasında olanda hər kəs özünü uğurda pay sahibi hesab edir. İşlər plana uyğun getməyəndə tənqidçilər üzə çıxır.

Premyer Liqada mübarizə aparmaq asan deyil. Bizim titul qazanmaq üçün şansımız var idi. Çox təəssüf ki, zəif oynadığımız bəzi matçlar ucbatından xallar itirdik və hazırkı duruma düşdük.

Mövsümə nəzər salsaq, heç də məyus olmamalıyıq. İkinci yer uğrunda mübariz aparmaq üçün bu kluba gəlməmişik. Gələcəkdə titul uğrunda mübarizə aparmaq üçün indiki vəziyyətdən dərs çıxarmalıyıq”.

“Arsenal” hazırda İngiltərə Premyer Liqasının turnir cədvəlində 81 xalla ikinci pillədə qərarlaşıb. Onlar lider “Mançester Siti”dən 4 xal geri qalır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button