“Sevilya”nın “günah keçisi”

“Sevilya”nın yarımmüdafiəçisi İsko La Liqa təmsilçisini tərk edə bilər.

Komanda.az “Relevo”-ya istinadən xəbər verir ki, buna səbəb klubun direktoru Ramon Monçi ilə ispaniyalı futbolçu arasında olan gərginlik və “Sevilya”nın turnir cədvəlindəki hazırkı mövqeyidir.

Klub rəsmisi İskonu mövsüm ərzində zəif oynamaqda günahlandırır. “Sevilya” futbolçunun komandada qalmasında elə də maraqlı deyil.

30 yaşlı İsko 2022-ci ilin avqustunda “Sevilya”ya keçib. O, komandada 19 oyuna çıxıb, 1 qol vurub və 3 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button