İsko qışda Madridi tərk edəcək

“Real”ın futbolçusu İsko qışda klubu tərk edə bilər.

Komanda.az xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçi ilə Fransanın “Lion” klubu yaxından maraqlanır. Bu barədə İspaniya mətbuatı məlumat yayıb. Xəbərdə, “Lion”un qışda İsko üçün “Real”a rəsmi təklif göndərəcəyi bildirilib.

İskonun “Real”la müqaviləsi 2022-ci ilin yayına qədərdir. Yarımmüdafiəçi bu mövsüm Madrid klubu ilə 4 oyuna çıxıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button