
İrina Zaretska: “Yenidən zirvədə olmaq mənə böyük zövq verir”
Azərbaycan karateçisi İrina Zaretska son yarışda uğurlu çıxış etməsi ilə bağlı fikirlərini bölüşüb.
Komanda.az xəbər verir ki, 30 yaşlı idmançı bu barədə sosial şəbəkə hesabında yazıb.
Karateçi İtaliyada baş tutan Karate1 Premyer Liqa turnirində mükafatçılar sırasına düşməsi ilə bağlı belə yazıb:
“Romada bürünc medal qazandım. Yenidən zirvədə olmaq mənə böyük zövq verir. Uğurlu nəticələr siyahıma daha biri əlavə olundu. Məni alqışlayan, dəstəkləyən hər kəsə təşəkkür edirəm”.
İrina Zaretska bürünc medal uğrunda görüşdə Almaniya təmsilçisi Hanna Ridel üzərində 2:0 hesablı qələbə qazanıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



