
“İnter”in prezidenti o futbolçu ilə bağlı xəbərləri təkzib etdi
“İnter”in prezidenti Cüzeppe Marotta “Atalanta”nın sağ cinah müdafiəçisi Marko Palestra ilə müqavilə imzalamaq ehtimalı ilə bağlı şayiələri təkzib edib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bunu deyib:
“Palestra əla oyunçudur, amma onun yanvar hədəflərimiz arasında olması ilə bağlı xəbərləri tamamilə inkar edə bilərəm. Onun hüquqları “Atalanta”ya məxsusdur. Real olmayan variantları nəzərdən keçirməyin mənası yoxdur”.
20 yaşlı futbolçu bu mövsüm icarə əsasında “Kalyari”də çıxış edib və yaxşı oyun sərgiləyib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



