
Bastoni İspaniya klubuna keçməmək qərarı verib
“İnter”in müdafiəçisi Alessandro Bastoni gələcəyi ilə bağlı qərarını verib.
Komanda.az “Corriere dello Sport”-a istinadən xəbər verir ki, 26 yaşlı futbolçu karyerasını hazırkı klubunda davam etdirmək niyyətindədir və komandadan ayrılmaq fikrində deyil. Buna baxmayaraq, onun xidmətində “Barselona” da maraqlı idi.
İtaliyalı müdafiəçi 2017-ci ilin avqustundan etibarən “İnter”in formasını geyinir. Onun klubu ilə müqaviləsinin müddəti 2028-ci ilin iyununa qədərdir.
Bastoni cari mövsümdə A Seriyasında 25 oyuna çıxıb, 1 qol vurub və 4 məhsuldar ötürmə verib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



