“Barselona”ya 2 futbolçu təklif ediblər – Kessye üçün

“İnter” “Barselona”nın yarımmüdafiəçisi Frank Kessye ilə maraqlanır.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Milan təmsilçisi İspaniya klubuna sözügedən futbolçunun qarşılığında hücumçu Xoakin Korreanı və müdafiəçi Denzel Dumfrisi təklif edib.

“Barsa” “İnter”in təklifinə müsbət yanaşmayıb. Onlar Kessyenin qarşılığında Marselo Brozoviçin Kataloniya klubuna keçməsinə üstünlük verirlər.

Öncədən La Liqa təmsilçisi afrikalı oyunçunu satmaq istəyirdi. Kessyenin İtalia A Seriyasına dönmək istəməsi keçidə müsbət təsir göstərə bilər. O, 2015-2019-cu illərdə “Atalanta”nın, 2019-2022-ci illərdə isə “Milan”ın formasını geyinib.

“Barselona” 2022/23 mövsümündə İspaniya La Liqasında qalib olub. Onlar ölkə çempionatını 88 xalla başa vurublar.

“İnter” isə İtaliya A Seriyasını 72 xalla üçüncü pillədə bitirib. Eyni zamanda, “neradzurra” Çempionlar Liqasının finalında “Mançester Siti”yə uduzub (0:1).

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button