
Kivunun “İnter”də görmək istədiyi futbolçu
“İnter” “Parma”nın müdafiəçisi Mandela Keytanı transfer etməkdə maraqlıdır.
Komanda.az “Linterista”-ya istinadən xəbər verir ki, Milan klubunun baş məşqçisi Kristian Kivu belçikalı futbolçunun transferini şəxsən dəstəkləyir.
Rumıniyalı mütəxəssis Keytanı “Parma”da işlədiyi dövrdən yaxından tanıyır və onun futbolçu keyfiyyətlərinə tam güvənir.
23 yaşlı futbolçu 2024-cü ildə “Antverpen”dən “Parma”ya 12 milyon avroya transfer olunub. Onun klubu ilə müqaviləsinin müddəti 2029-cu ilin 30 iyununa qədərdir.
O, cari mövsümdə 32 oyunda meydana çıxıb və 1 məhsuldar ötürmə verib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



