“İnter” 50 milyon avroluq transferə hazırlaşır

“Breşiya”nın futbolçusu Sandro Tonali yay transfer pəncərəsi dövründə klubunu dəyişəcək.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, “İnter” 20 yaşlı futbolçunun transferi üçün “Breşiya” ilə razılığa gəlib. “Neradzurra” yarımmüdafiəçi ilə 4 illik müqavilə imzalayacaq. Tonali Milan klubunda ildə 2,5 milyon avro qazanacaq.

“İnter”in Tonali üçün qarşı tərəfə 50 milyon avro ödəyəcəyi bildirilir.

Tonali cari mövsümdə iştirak etdiyi 24 oyunda 1 qol, 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button