“İnter” rəsmisindən İkardi açıqlaması

“İnter” klubunun icraçı direktoru Beppe Marotta, komandadakı taleyi sual altında olan Mauro İkardinin durumu haqda danışıb.

Komanda.az xəbər verir ki, İtaliya mətbuatına açıqlama verən Marotta, İkardini cəzalandırmayacaqlarını deyib:

“Ümid edirəm ki, vəziyyət tez bir zamanda müsbət yöndə həll olunacaq. Biz bir ailəyik və valideyinlər də uşaqları haqda qərar qəbul etməlidir, onları cəzalandırmalı deyil. Bizim verəcəyimiz qərarlar, uşaqların gələcəyini dəyişdirir.

İkardiylə mümkün qədər tez bir zamanda problemlərin öhdəsindən gəlməliyik. O, “İnter”ə çox şey qazandırıb və hələ də qazandıra bilər. İndi zədəsinin olduğunu deyir. Tam sağaldıqdan sonra komandaya qoşulacağına ümid edirəm”.

İkardi, həkimlərin müsbət rəyinə baxmayaraq, ağrılarının olduğunu deyərək, komandayla birgə məşqlərdən imtina edib. Agentinalı hücumçunun bir müddət əvvəl müqaviləsini yeniləmək istəmədiyi üçün kapitanlığı əlindən alınıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button