“Martines “Barselona”ya getsə…” – Skaloni

Argentina millisinin baş məşqçisi Lionel Skaloni adı “Barselona” ilə yanaşı çəkilən yığmanın və “İnter”in üzvü Lautaro Martineslə bağlı açıqlama verib.

Komanda.az “Radio La Red”ə istinadən xəbər verir ki, Skaloni, Martinesin Kataloniya klubuna mümkün transferini dəyərləndirib:

“Martines “Barselona”ya getsə, baş məşqçi Kike Setyen ona start heyətində yer vermək üçün bir yol tapmalı olacaq. Martines fədakarlıq etməli və komandada yer qazanmalıdır. “İnter”dən ayrılmaq onun üçün asan olmayacaq. Onun daim oynamasını istəyirəm. Martines özü və komanda yoldaşları üçün çox şey edir. O, gələcəkdə əsas hücumçu kimi çıxış edəcək”.