“İnter” yenidən onun üçün hərəkətə keçib

“İnter” “Liverpul”un müdafiəçisi Covanni Leoni ilə yenidən maraqlanır.

Komanda.az “Corriere dello Sport”-a istinadən xəbər verir ki, Milan təmsilçisi italiyalı futbolçunu ötən yay da transfer etmək istəyib, ancaq Leoni karyerasını İngiltərədə davam etdirməyə üstünlük verib. İndi isə “İnter” onu icarə əsasında heyətinə qatmağı planlaşdırır.

19 yaşlı müdafiəçi ötən ilin sentyabrında ön çarpaz bağlarını qoparıb və əməliyyat olunub. Bu səbəbdən, o, “Liverpul” forması ilə yalnız bir oyunda – Liqa kubokunda meydana çıxa bilib. Leoninin yaşıl meydanlara qayıdışının bu ilin sentyabrında gözlənildiyi bildirilir. “Liverpul” onun transferi üçün “Parma”ya 31 milyon avro ödəyib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button