“İnter” türkiyəli müdafiəçini transfer etmək istəyir

“İnter” mərkəz müdafiəçisi mövqeyini gücləndirmək niyyətindədir.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, milanlıların prioritetlərindən biri “Atalanta”dan Merih Demiraldır.

“İnter” “Atletiko”ya gedəcək Sezar Aspilikuetanın transferinin alınmamasından sonra gözünü 25 yaşlı türkiyəli futbolçuya dikib.

İtaliya klubu Davide Frattesi və Romelu Lukakunun transferləri ilə bağlı vəziyyətə aydınlıq gələndən sonra Demiral üçün “Atalanta” ilə danışıqlar aparmağı planlaşdırır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button