“İnter” “Qarabağ”ın rəqibinin futbolçusu ilə maraqlanır

“Liverpul”un vingeri Federiko Kyezanın yenidən İtaliyaya qayıtması gündəmə gəlib.

İtaliyalı futbolçu ilə “İnter” maraqlanır və artıq bu transfer istiqamətində ilkin addımlar atmağa başlayıb.

Komanda.az “Inter Xtra”-ya istinadən xəbər verir ki, Milan təmsilçisi 28 yaşlı futbolçunun keçidi ilə bağlı ilkin danışıqlar aparıb.

Bildirilir ki, transfer yanvarda reallaşa bilər, ancaq bu mərhələdə icarə variantı yeganə real ssenari kimi dəyərləndirilir.

Kyezanın özü də A Seriyasına qayıtmaqda maraqlıdır. Onun “Liverpul”la müqaviləsinin müddəti 2028-ci ilə qədərdir.

“Liverpul” “Qarabağ”ın UEFA Çempionlar Liqasındakı rəqiblərindən biridir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button