“İnter Mayami” De Xeanı transfer etməyə hazırdır

“İnter Mayami” “Mançester Yunayted”in sabiq qapıçısı, hazırda azad agent olan David de Xeanı transfer etmək niyyətindədir.

Komanda.az “Daily Star”-a istinadən xəbər verir ki, “İnter Mayami”nin sahibi Devid Bekhem ispaniyalı futbolçu ilə müqavilə imzalamaqda şəxsi maraq göstərir. Amerika klubunun yaxın bir neçə həftə ərzində De Xea ilə müqavilə bağlamağa çalışacağı vurğulanır. Klub qapıçıya “Mançester Yunayted”də aldığı maaşla müqayisə oluna biləcək maaş təklif etməyə hazırdır.

33 yaşlı qolkiper yayda “Mançester Yunayted”dən ayrılıb. Futbolçu 2011-ci ildən İngiltərə klubunda çıxış edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button