
“İnter” Martinesin qayıtmasını gözləyirdi” – Sabiq futbolçu
“Milan”ın sabiq oyunçusu Alessandro Kostakurta “İnter”in mart ayında nəticələrinin bir qədər aşağı olmasının hücumçu Lautaro Martinesin yoxluğu ilə bağlı olduğunu düşünür.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, argentinalı futbolçunu “İnter”in ən vacib oyunçusu hesab edir:
“Mən bunu artıq demişəm, A Seriyasında liderlik uğrunda mübarizənin yenidən qızışacağını deyə bilməzsiz, çünki bunun üçün “İnter” heç bir səbəb göstərməyib. Onlar Lautaro Martinesin qayıtmasını gözləyirdilər. O, A Seriyasının ən yaxşı futbolçusu deyil, amma komandası üçün ən vacib oyunçudur”.
Martines 2018-ci ildən “İnter”də oynayır və klubla artıq iki İtaliya çempionluğu qazanıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



