“Əsas hədəfimiz çempionluq deyil” – “İnter” rəsmisi

“İnter” klubunun idman direktoru Beppe Marotta açıqlama verib.

Komanda.az xəbər verir ki, İtaliya mətbuatına danışan Marotta, əsas hədəflərinin çempionluq olmadığını deyib:

“Bu mövsüm üçün əsas hədəfimiz çempionluq deyil. “İnter”i keçmiş günlərinə qaytarmaq üçün çalışırıq. İnkişaf etdirməli olduğumuz çox şey var. “İnter”in böyüklüyünü bilirik, ancaq indiki halda təzyiq ən son istədiyimiz şeydir.

Çempionlar Liqasında çətin qrupdayıq. “Barselona” və “Borussiya” (Dortmund) ilə yarışmaq asan deyil. “Slaviya”nın da itirəcək bir şeyi yoxdur. “Borussiya” ilə oynayacağımız oyun çox vacibdir. Bu oyundan sonra vəziyyətimiz daha dəqiq bilinəcək.

Yanvarda transfer baxımından çox yaxşı imkanlarınız olmur. Çünki heç kim yaxşı futbolçusunu buraxmaq istəmir. Bəlkə də, sürprizlər ola bilər”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button