“İnter”dən 200 milyonluq müqavilə

“İnter” futbolçusu Lautaro Martinesin müqaviləsinin müddətini uzatmağa hazırlaşır.

Komanda.az xəbər verir ki, “neradzurra” yeni sözləşmə ilə 22 yaşlı hücumçunun illik məvacibini və sərbəstqalma məbləğini artırmaq istəyir. Bu barədə İtaliya mətbuatı məlumat yayıb. Martines “İnter”lə yeni müqavilə imzalayacağı təqdirdə, onun sərbəstqalma məbləği 200 milyon avro olacaq.

Bu mövsüm “İnter”lə sərgilədiyi oyunla Avropanın bir çox nəhəng klublarının diqqət mərkəzinə düşən argentinalı hücumçunun hazırkı müqaviləsi 2023-cü ilin yayına qədərdir.