Çalhanoğluna yeni müqavilə təklif olunacaq

“İnter” yarımmüdafiəçisi Hakan Çalhanoğlu ilə müqavilənin yenilənməsi üçün yaxın günlərdə danışıqlara start verəcək.

Komanda.az “FcInterNews”-a istinadən xəbər verir ki, Milan klubunun rəhbərliyi 31 yaşlı futbolçunun agenti ilə görüşü Milad bayramı ərəfəsində keçirməyi planlaşdırır.

Klub türkiyəli pleymeykerə müddəti 2028-ci ilə qədər nəzərdə tutulan yeni müqavilə təklif edəcək. Ancaq bu razılaşmada onun hazırkı maaşının azaldılması nəzərdə tutulur. Çalhanoğlunun mövcud sözləşməsinin müddəti isə 2027-ci ilin yayına qədərdir.

Hakan bu mövsüm “İnter”in heyətində 13 matça çıxıb, 6 qol vurub və 3 məhsuldar ötürmə verib. O, 2021-ci ildən etibarən Milan klubunun formasını geyinir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button