“İnter” “Arsenal”ın müdafiəçisi üçün hərəkətə keçib

“İnter” heyətində mümkün ayrılığa hazırlaşır. Milan klubu müdafiəçisi Alessandro Bastoni üçün əvəzləyici axtarışına başlayıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Bastoni “Barselona” ilə danışıqlar aparır və yayda transferin baş tutma ehtimalı yüksək qiymətləndirilir. Bu səbəbdən, “İnter” artıq alternativ variantları nəzərdən keçirir.

İddialara görə, İtaliya klubunun rəhbərliyi müdafiə xəttini top səviyyəli oyunçu ilə gücləndirmək niyyətindədir. Əsas namizədlərdən biri kimi Rikardo Kalafiori göstərilir. Hazırda “Arsenal”ın formasını geyinən futbolçunun agenti ilə artıq ilkin təmas qurulub.

İtaliya millisinin üzvü olan 23 yaşlı müdafiəçinin London klubu ilə müqaviləsinin müddəti 2029-cu ilin yayına qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button