“İnter”in Bastonini əvəzləmək üçün üç namizədi var

“İnter”in müdafiəçisi Alessandro Bastoni yay transfer dövründə klubu tərk edə bilər.

Komanda.az “sport.es”-ə istinadən xəbər verir ki, italiyalı futbolçu Avropanın top-klubları tərəfindən maraqla izlənilir.

Milan təmsilçisinin rəhbərliyi Bastoninin ayrılacağı təqdirdə, yeni müdafiəçi tapmaq üçün işə başlayacaq. Klubun hədəfində üç futbolçu var: Con Lukumi (“Bolonya”), Evan Ndika (“Roma”) və Alessandro Bonqiorno (“Napoli”).

“İnter” cari mövsümdə 29 oyundan sonra 68 xal toplayaraq, A Seriyasının turnir cədvəlinə başçılıq edir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button