“İnter” antirekordunu təzələdi

“İnter” İtaliya A Seriyasının 22-ci turu çərçivəsində öz meydanında “Bolonya”ya minimal hesabla məğlub olub.

Komanda.az “Opta” saytına istinadən xəbər verir ki, 0:1 hesabıyla bitən matçda “İnter”, klub tarixinin antirekordunu yeniləyib. Belə ki, “neradzurra” yeni ildə İtaliya çempionatında keçirdiyi ilk 3 oyunda qol vurmağı bacarmayıb. “İnter” sonuncu dəfə belə halı 1956-cı ildə yaşamışdı.

Milan təmsilçisi 2019-cu ildə, A Seriyasında “Sassuolo”yla 0:0 hesablı heç-heçə edib, “Torino” və “Bolonya”ya isə 0:1 hesabıyla məğlub olub.

“İnter” 22 turdan sonra 40 xalla 3-cü pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button