“Pəncərə” bağlandı, “İnter” transfer edə bilmədi

İtaliyanın “İnter” klubu qış transfer pəncərəsi dövründə heyətini gücləndirməyəcək.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, bu barədə klubun idman direktoru Beppe Marotta məlumat verib:

“Transfer pəncərəmiz bağlandı. Hazırkı heyətimizə diqqət etmək istəyirik. Komandanı gücləndirmək üçün fürsətlər axtarırıdıq, amma indi çətin dövrdən keçirik. Buna görə də, belə fürsət tapa bilmədik”.

Cari mövsümdə keçirdiyi 19 turdan sonra 41 xal toplayan “İnter” turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.