İnsinyenin “Napoli”də ən çox bəyəndiyi futbolçu kim olub?

“Peskara”nın hücumçusu Lorenso İnsinyedən “Napoli”dəki sabiq komanda yoldaşlarından hansını daha çox bəyəndiyi soruşulub.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, iki cənubi amerikalı oyunçu arasında qalıb:

“Mənə bu sualı verməyin… Hər ikisi ilə yaxşı oynadım. Edinson Kavani daha dərindən oynayır, top uğrunda daha çox mübarizə aparır. Amma Qonsalo İquaynın keyfiyyətlərindən çox təsirləndim”.

34 yaşlı forvard “Napoli”nin yetirməsidir və 2022-ci ilin iyul ayında İtaliya klubundan “Toronto”ya keçmişdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button