“İnsanların məni təhqir etməsi çox üzücüdür” – Vinisius

“Real”ın vingeri Vinisius Junior növbəti dəfə futbolda irqçilik mövzusunda danışıb.

Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, braziliyalı futbolçu irqçilik haqda danışmağın darıxdırıcı olduğunu bildirib:

“Həmişə irqçilik haqqında danışmaq darıxdırıcıdır. Lakin bu vacib bir şeydir ki, lazım olduğu qədər danışacam. Meydanda insanların məni təhqir etməsi çox üzücüdür. Ümid edirəm ki, vəziyyət dəyişir və artıq yaxşılaşır. La Liqa rəhbərliyi, UEFA və FİFA bu insanların aramızda olmaması üçün daha çox şey edə bilər”.

Xatırladaq ki, bir gün əvvəl Vinisius humanitar fəaliyyətinə və xeyriyyəçiliyinə görə “qızıl top” mərasimi zamanı Sokrat mükafatına sahib çıxıb. O, bu mükafatı yoxsul tələbələr üçün təhsil proqramı olan “Vini Jr” institutuna illik sərmayəsi hesabına qazanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button