“İnsanların “Liverpul”un qalib gəlməsini istəməsi məni maraqlandırmır”

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola Premyer Liqada çempionluq yarışından danışıb.

Komanda.az “Sky Sports”-a istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis, “Vulverhempton”la oyunun onlar üçün əsl final olacağını deyib:

“Vəziyyət elədir ki, doqquz, amma bəlkə də, altı xal qazanmalıyıq. Bu, növbəti iki oyundan, vurulan və buraxılan qollar arasındakı fərqdən asılıdır. “Vulverhempton”la oyun bizim üçün əsl finaldır. Taleyimiz öz əlimizdədir və önəmli olan da budur.

“Liverpul” “Mançester Yunayted”lə birlikdə titullar, irs və tarix baxımından ən vacib komandalardır. İnsanların “Liverpul”un qalib gəlməsini istəməsi məni maraqlandırmır”.

“Mançester Siti” 86 xalla Premyer Liqanın turnir cədvəlində birinci yerdədir. “Liverpul”un 83 xalı var.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button