
İngiltərədə yeni qayda: Pley-off mərhələsində 6 komanda olacaq
Çempionşipdən hər il üç komanda İngiltərə Premyer Liqasına yüksəlir. Müntəzəm mövsümdə birinci və ikinci yeri tutanlar birbaşa yüksək diviziona yüksəlir, başqa bir yer pley-off vasitəsilə verilir.
Komanda.az xəbər verir ki, 2026/2027 mövsümündən başlayaraq pley-offda dörd komanda əvəzinə altı komanda olacaq. İngiltərə Futbol Liqasının rəsmi saytı pley-off yarışının altı komandaya qədər genişləndirilməsi qərarı barədə məlumat paylaşıb.
Dəqiq format bu ilin sonunda razılaşdırılacaq. Bildirilir ki, pley-off matçları hazırkı kimi, beş deyil, yeddi oyundan ibarət olacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



