Şeydayevin komandasında ayrılıq – İngiltərə klubu ilə müqavilə imzaladı

İngiltərənin “Nottinqem Forest” klubu heyətini yeni futbolçuyla gücləndirib.

Komanda.az xəbər verir ki, Çempionşip təmsilçisi Moskva “Dinamo”sundan Samba Sounu transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 30 yaşlı müdafiəçi ilə 2 illik müqavilə imzalanıb. “Nottinqem Forest” Sou üçün “Dinamo”ya 700 min avro təzminat ödəyib.

“Dinamo”da Azərbaycan millisinin hücumçusu Ramil Şeydayev çıxış edir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button