“Mançester Yunayted” üçün yeni titul sponsoru – rəsmi

İngiltərənin “Mançester Yunayted” klubunun yeni titul sponsoru məlum olub.

Komanda.az xəbər verir ki, bu, “TeamViewer” şirkətidir. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Tərəflər arasında 5 illik müqavilə imzalanıb. “Mançester Yunayted” bu əməkdaşlıqdan təxminən 326 milyon avro qazanacaq.

Növbəti mövsümündən “Mançester Yunayted” klubunun formalarında “TeamViewer”un loqosu yerləşdiriləcək.

İngiltərə klubunun bundan əvvəlki titul sponsoru “Chevrolet” şirkəti idi. Avtomobil şirkəti ilə müqavilədən “qırmızı şeytanlar” illik təxminən 87 milyon avro qazanırdı.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button