MS bunu bacaran ilk komanda oldu

İngiltərənin “Mançester Siti” komandası Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk matçında Fransa PSJ-sini məğlub edib – 2:1.

Komanda.az “Squawka”ya istinadən xəbər verir ki, bu, “şəhərlilər”in cari mövsümdə Çempionlar Liqasında 10-cu qələbəsi olub. “Mançester Siti” turnir tarixində bir mövsümdə 10 və daha çox qələbə qazanan ilk İngiltərə komandası olub.

“Mançester Siti” bu mövsüm PSJ ilə oyuna qədər “Portu”nu (Portuqaliya) bir dəfə, “Marsel”i (Fransa), “Olimpiakos”u (Yunanıstan), Münhenqladbax “Borussiya”sını və Dortmund “Borussiya”sını (hər ikisi Almaniya) iki dəfə məğlub edib.

“Mançester Siti” PSJ-ni səfərdə 2:1 hesabıyla məğlub edib. Komandalar arasındakı cavab matçı mayın 4-də keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button