“Mançester Siti” Premyer Liqa tarixinin rekord transferinə hazırlaşır

İngiltərənin “Mançester Siti” klubu “Tottenhem”in futbolçusu Harri Keyni transfer etmək niyyətindədir.

Komanda.az ESPN-ə istinadən xəbər verir ki, “şəhərlilər” ingilis hücumçu üçün 140 milyon avro ödəməyə hazırdır.

“Tottenhem” Keyn üçün 176 milyon avro tələb edir. Tərəflər arasında danışıqlar davam edir.

“Mançester Siti” 28 yaşlı hücumçunu 140 milyon avroya heyətinə cəlb etsə, bu, Premyer Liqa tarixinin rekord məbləğli transferi olacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button