“Mançester Siti”nin son variantı

İngiltərənin “Mançester Siti” klubu heyətini yeni hücumçu ilə gücləndirmək niyyətindədir.

Komanda.az xəbər verir ki, “Tottenhem”dən Harri Keyni transfer edə bilməyəb “şəhərlilər”, bu dəfə Dortmund “Borussiya”sının futbolçusu Erlinq Halanda “elçi düşüb”. Bu barədə İtaliya mətbuatı məlumat yayıb.

“Mançester Siti” 21 yaşlı hücumçu üçün “Borussiya”ya 150 milyon avroluq təklif göndərməyə hazırlaşır.

İngiltərə təmsilçisi transfer pəncərəsi dövrünün sonuna – 31 avqusta qədər hücumçu problemini həll etmək istəyir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button