“Çelsi” milli üzvünü icarəyə verdi

İngiltərənin “Çelsi” klubu futbolçusu Armando Broyanı icarəyə verib.

Komanda.az xəbər verir ki, 19 yaşlı hücumçu 2021/2022 mövsümünü “Sauthempton” klubunda keçirəcək. Bu barədə Premyer Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Broya 2018-ci ildən “Çelsi”də çıxış edir. O, ötən mövsümü Niderlandın “Vitess” klubunda icarədə keçirib.

Broya Albaniya milli komandasının da üzvüdür.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button