“Arsenal” 35 milyon avroluq təklifə “yox” dedi

“Aston Villa” klubu “Arsenal”ın futbolçusu Emili Smit-Rounu transfer etmək niyyətindədir.

Komanda.az xəbər verir ki, Premyer Liqa təmsilçisi 20 yaşlı yarımmüdafiəçi üçün “topçular”a 35 milyon avro təklif edib. Bu barədə “The Athletic” nəşri məlumat yayıb.

“Arsenal” Emilini satmaq niyyətində deyil və bu səbəbdən “Aston Villa”nın təklifini rədd edib.

Emili Smit-Rou ötən mövsüm “Arsenal”la Premyer Liqada 20 oyunda 2 qol vurub, 4 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button