“Arsenal” “Mançester Siti”nin futbolçusunu istəyir

İngiltərənin “Arsenal” klubu qış transfer pəncərəsi dövründə heyətini yeni müdafiəçi ilə gücləndirmək istəyir.

Komanda.az xəbər verir ki, London təmsilçisi “Mançester Siti”dən Erik Qarsiya ilə maraqlanır. Bu barədə “The Sun” nəşri məlumat yayıb. Xəbərdə, “topçular”ın baş məşqçisi Mikel Artetanın 19 yaşlı ispan müdafiəçini öz komandasında görmək istədiyi bildirilib.

“Mançester Siti”ylə mövsümün sonuna qədər müqaviləsi olan Qarsiya ilə “Barselona” da yaxından maraqlanır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button