Premyer Liqada yanvarın ən yaxşısı bilindi – yeni rekord

İngiltərə Premyer Liqasında yanvar ayının ən yaxşı futbolçusu məlum olub.

Komanda.az xəbər verir ki, bu, “Mançester Siti”nin hücumçusu Serxio Aquerodur. Bu barədə Premyer Liqanın mətbuat xidməti məlumat yayıb. Argentinalı futbolçu ötən ay Premyer Liqada iştirak etdiyi 3 matçda 6 qol vurub.

Aquero Premyer Liqa tarixində rekord sayda – 7-ci dəfə ayın futbolçusu seçilib. Əvvəlki rekord Stiven Cerrard (“Liverpul”) və Harri Keynə (“Tottenhem”) aid idi. Hər iki futbolçu 6 dəfə ayın oyunçusu seçilib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button