“Liverpul”dan darmadağın, “Arsenal”dan inamlı qələbə

Futbol üzrə İngiltərə Premyer Liqasında 37-ci tura yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə dörd qarşılaşma baş tutub. “Mançester Yunayted” doğma meydanda “Fulhem”i qəbul edib. Bu oyunda qalib müəyyənləşməyib. Çempion “Mançester Siti”nin bu turdakı rəqibi “Brayton” olub. Beş qolun qeydə alındığı oyun “şəhərlilər”in məğlubiyyəti ilə başa çatıb.

Turnir cədvəlinin 3-cü pilləsində yer alan “Çelsi” doğma meydanda “Lester”lə qarşılaşıb. Komandalar bir neçə gün əvvəl İngiltərə Federasiya kubokunun finalında üz-üzə gəlmişdilər və “Lester” minimal hesabla qələbə qazanmışdı – 1:0. Bu oyunda isə London təmsilçisi doğma meydanda çətin qələbəyə sevinib.

Çempionlar Liqasına vəsiqə uğrunda mübarizə aparan “Liverpul” “Bernli”nin qonağı olub və darmadağınla qalib gəlib. “Arsenal” “Kristal Pelas”la səfər oyunundan inamlı qələbəyə ilə ayrılıbsa, “Tottenhem” evdə “Aston Villa”ya uduzub.

İngiltərə Premyer Liqası, 37-ci tur

18 may

Mançester Yunayted – Fulhem 1:1
Qol
: Kavani, 15 – Brayan, 76.

Sauthempton – Lids 0:2
Qol
: Bamford, 73. Roberts, 90+5.

Brayton – Mançester Siti 3:2
Qol
: Trossard, 50. Uebster, 72. Bern, 76 – İ.Gündoğan, 2. Foden, 48.

Çelsi – Lester 2:1
Qol
: Rudiger, 47. Jorjinyo, 66-pen – İheanaço, 76.

19 may

Everton – Vulverhempton 1:0
Qol
: Riçarlison, 48.

Nyukasl – Şeffild Yunayted 1:0
Qol
: Uillok, 45+4.

Tottenhem – Aston Villa 1:2
Qol
: Berqveyn, 8 – Requilon, 20-öz qapısına. Uatkins, 39.

Kristal Pelas – Arsenal 1:3
Qol
: Benteke, 62 – Pepe, 35; 90+5. Martinelli, 90+1.

Vest Bromviç – Vest Hem 1:3
Qol
: M.Pereyra, 27 – Souçek, 45+1. Oqbonna, 82. M.Antonio, 88.

Bernli – Liverpul 0:3
Qol
: Firmino, 43. Fillips, 52. Oksleyd-Çemberleyn, 88.


Bombardir: Harri Keyn (Tottenhem), Məhəmməd Salah (Liverpul) – 22 qol.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button