
“Liverpul”un mükafatlandırılma mərasiminin vaxtı açıqlandı
İngiltərə Premyer Liqasında 2019/20 mövsümünün çempionu “Liverpul”un mükafatına qovuşacağı vaxt bilinib.
Komanda.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Mersisayd təmsilçisinin çempionluq kuboku Premyer Liqanın 37-ci turundakı “Çelsi” ilə “Enfild Roud”dakı matçdan sonra veriləcək. “Liverpul”un mükafatlandırılması mərasimi boş tribunalar önündə keçiriləcək.
“Liverpul” – “Çelsi” matçı iyulun 22-də oynanılacaq.
“Liverpul” Premyer Liqada 93 xalla liderdir. Komanda 31-ci turdan çempionluğunu rəsmiləşdirib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



