Bekhemin klubunun debüt edəcəyi tarix bilindi

İngiltərə millisinin sabiq üzvü Devid Bekhemin prezidenti olduğu “İnter Mayami” klubunun MLS-də debüt edəcəyi vaxt bilinib.

Komanda.az xəbər verir ki, “İnter Mayami” MLS-də ilk matçına 2020-ci il, martın 1-də çıxacaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

“İnter Mayami” ilk turda “Los Anceles”in qonağı olacaq. Komanda 2-ci turda isə “Los Anceles Qalaksi”ni qəbul edəcək.

Bekhem “İnter Mayami”nin prezidenti olmaqla yanaşı, həm də, klubun səhmlərinin bir hissəsinin sahibidir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button