AÇ-2020: “İtaliyaya qarşı oyun daha çətin olacaq”

İngiltərə milli komandasının futbolçusu Harri Keyn AÇ-2020-nin yarımfinalında Danimarka yığmasını məğlub etdikləri oyundan sonra fikirlərini bildirib.

Komanda.az xəbər verir ki, Keyn, 2:1 hesabıyla qələbə qazandıqları matçla bağlı bunları deyib:

“Həqiqətən, inanılmazdır. Danimarkanı da təbrik etmək lazımdır, işimizi çox çətinləşdirdilər. Kasper Şmeyxel yaxşı penalti qurtaran qapıçıdır. Ona qol vurmaq asan olmadı. Bunu bacardığım üçün xoşbəxtəm.

İtaliyaya qarşı oyun daha çətin olacaq. Ancaq bu kuboku qazanmaq istəyirik”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button