İngiltərə klubu yeni baş məşqçi ilə anlaşıb

İngiltərənin “Lids” klubu qarşıdakı 24 saat ərzində yeni baş məşqçisinin adını elan edəcək.

Komanda.az “The Athletic”-ə istinadən xəbər verir ki, almaniyalı mütəxəssis Daniel Farke ilə müqavilənin şərtləri razılaşdırılıb.

“Lids” Premyer Liqada başa çatan mövsümü 31 xalla 19-cu sırada bitirib və aşağı dəstəyə düşüb. Nəticədə, klub baş məşqçi Sem Ellardaysla yollarını ayırıb.

Farke ötən ilin yayından Almaniya “Borussiya”sının (Münhenqladbax) “sükanı arxasında” olub. Bundesliqa klubunda onu isveçrəli mütəxəssis Xerardo Seoane əvəzləyib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button