Koreyalı hücumçuya yeni müqavilə təklif ediləcək

“Vulverhempton” hücumçusu Hee Çanq-Hvanla yeni müqavilə ilə bağlı danışıqlara başlayıb.

Komanda.az xəbər verir ki, bu barədə “Sky Sports” məlumat yayıb.

27 yaşlı forvardın hazırkı müqaviləsi 2026-cı ildə başa çatır. Premyer Liqa təmsilçisi asiyalının müqavilə müddətini iki illik artırmağı planlaşdırır.

Cənubi koreyalı futbolçu bu mövsüm 7 qol vurub.

Hee Çanq-Hvan “Zalsburq”, “Liferinq”, “Hamburq”, “Leyptsiq” klublarında oynadıqdan sonra, 2021-ci ildə “Vulverhempton”a keçib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button