
“Fənərbaxça”nın hücumçusu İngiltərə klubunun hədəfindədir
“Fənərbaxça”nın mərakeşli hücumçusu Yussef En-Nesiri karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 28 yaşlı futbolçu ilə “Aston Villa” ciddi şəkildə maraqlanır. Ancaq transfer uğrunda əsas rəqib “Yuventus”dur.
En-Nesiri yaxın günlərdə gələcək karyerası üçün prioritet variantını seçəcək. O, cari mövsümdə Türkiyə çempionatında 15 oyunda iştirak edib və 7 qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



