“Fulhem” baş məşqçisinə yeni müqavilə təklif edib

“Fulhem” baş məşqçisi Marko Silvayla müqavilənin müddətini uzatmaq niyyətindədir.

Komanda.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Silvaya klubun sahibi Şahid Xanla beynəlxalq fasilə zamanı aparılan danışıqlardan sonra 3 illik müqavilə təklifi edilib. Hazırki sözləşmənin müddəti gələn yay başa çatacaq.

Portuqaliyalı çalışdırıcı son vaxtlar bir sıra klubların – həmçinin, Səudiyyə Ərəbistanından olan komandaların da diqqət mərkəzində olub. O, 4 ildir ki, “Fulhem”in baş məşqçi postundadır.

Silva mövcud zəif nəticələrə baxmayaraq, hələ də komandanı çalışdırmağa davam edir. Belə ki, onun komandası cari mövsümdə 11 turdan sonra eyni xalla turnir cədvəlinin 15-ci pilləsində qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button