Keyn Premyer Liqanın ilk turunu buraxacaq

İngiltərənin “Tottenhem” klubunun futbolçusu Harri Keyn Premyer Liqada yeni mövsümün ilk turunu buraxacaq.

Komanda.az xəbər verir ki, bu barədə “The Telegraph” nəşri məlumat yayıb. Xəbərdə, “Tottenhem”də Keynə geridə qalan mövsümdə çox yükləndiyi üçün istirahət verildiyi və bu səbəbdən Premyer Liqanın “Mançester Siti” ilə ilk turunu buraxacağı bildirilib.

Keyn İngiltərə yığması ilə AÇ-2020-də iştirak edib və bütün matçlarda meydana çıxıb. İngiltərə millisi turnirin finalında İtaliya yığmasına uduzub (1:1, penaltilə 2:3).

“Tottenhem” – “Mançester Siti” matçı avqustun 15-də keçiriləcək.