“Barselona”ya görə “Tottenhem”ə keçmək istəmir

İngiltərənin “Tottenhem” klubu “Vulverhempton”un futbolçusu Adama Traore ilə maraqlanır.

Komanda.az xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb. London təmsilçisi Traore üçün “canavarlar”la danışıqlar aparsa da, ispan futbolçu London klubuna keçmək istəmir. 25 yaşlı oyunçu “Barselona”dan təklif gözləyir və niyyəti Kataloniya klubunda çıxış etməkdir.

İspaniya mətbuatının xəbərinə görə, “Barselona” da Traore ilə maraqlanır.