Premyer Liqa klubunda baş məşqçiylə yeni müqavilə

İngiltərənin “Bernli” klubunda baş məşqçi Şon Dayçla müqavilənin müddəti artırılıb.

Komanda.az xəbər verir ki, bu barədə Premyer Liqa klubunun mətbuat xidməti məlumat yayıb. Dayçla yeni sözləşmənin müddəti 2025-ci ilin yayına qədər nəzərdə tutulub.

“Bernli” Premyer Liqada 18-ci sıradadır.