İngiltərə klubu Leao üçün danışıq aparıb

Portuqaliya millisinin və “Milan”ın hücumçusu Rafael Leao karyerasını İngiltərədə davam etdirə bilər.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, portuqaliyalı futbolçunun “Tottenhem”ə mümkün transferi “Milan” rəsmiləri ilə aparılan qeyri-rəsmi danışıqlarda müzakirə olunub.

London klubu eyni zamanda, ötən il heyətinə qata bilmədiyi “Mançester Siti”nin vingeri Savionu da alternativ variantlardan biri kimi nəzərdən keçirir.

“Transfermarkt” portalı 27 yaşlı Leaonun dəyərini 50 milyon avro qiymətləndirir.

Futbolçu dünya çempionatının startı ərəfəsində açıq şəkildə “Milan”dan ayrılmaq və karyerasını başqa çempionatda davam etdirmək istədiyini açıqlamışdı.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button