“Atletiko”nun futbolçusu İngiltərə klubunun “radar”ındadır

“​Aston Villa” “Atletiko”nun yarımmüdafiəçisi Konor Qallaherlə maraqlanır.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, İngiltərə təmsilçisi 25 yaşlı futbolçunu satınalma öhdəliyi ilə icarəyə götürmək variantını nəzərdən keçirir.

Ancaq Madrid klubu ingilis oyunçunu komandada saxlamaq niyyətindədir və onun gedişinə müsbət yanaşmır.

Qallaher cari mövsümdə İspaniya La Liqasında 19 oyunda meydana çıxıb və 2 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button