“Tramp futbolu sevir, amma oğlu daha çox sevir” – FİFA prezidenti

FİFA-nın rəhbəri Canni İnfantino ABŞ prezidenti Donald Trampın futbola münasibəti ilə bağlı suala cavab verib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ali futbol qurumunun rəhbəri, Trampın futbolu sevdiyini bildirib:

“O, futbolu sevir, amma oğlu Barron Tramp daha çox sevir. Ona görə də, onu inandırmağa kömək edən bir müttəfiqim var.

Amma həqiqət budur ki, Tramp dünya çempionatı kimi bir tədbirin əhəmiyyətini, dünya üçün önəmini çox tez başa düşdü və köməkçi oldu”.

Bu ilin yayında keçiriləcək dünya çempionatı ABŞ, Kanada və Meksikada təşkil olunacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button